Yaxın günlərdə Yüksək Sıxlıqlı Polietilen zavodunda sonuncu sınaq işləri aparılacaq

Yaxın günlərdə Yüksək Sıxlıqlı Polietilen zavodunda sonuncu sınaq işləri aparılacaq
11:52 29 Yanvar 2020
59 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev İtaliyanın “Maire Tecnimont” şirkətlər qrupunun sədri və əsas səhmdarı Fabrizio Di Amatonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, görüşdə əsasən Heydər Əliyev adına Neft Emalı Zavodunun moderinizasiyası və “SOCAR Polymer” layihələri haqqında fikir mübadiləsi aparılıb. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində “Maire Tecnimont” şirkəti yeni qurğuların tikintisi üzrə əsas podratçı kimi çıxış edir.
Modernizasiyanın bu hissəsi üzrə ilkin iş həcminin artıq 63%-i yekunlaşıb. Bildirilib ki, şirkətin layihəyə çevik inteqrasiya olunması daha əvvəl Azərbaycanda “SOCAR Polymer” layihəsində iştirakından irəli gəlir. Hazırda “Maire Tecnimont”un Azərbaycan ofisində işləyənlərin əhəmiyyətli hissəsi yerli mütəxəssislərdir.
Qeyd olunub ki, SOCAR rəhbərliyi, Heydər Əliyev adına Neft Emalı Zavodunun moderinizasiyasının ölkə üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, bu layihənin icrasına nəzarəti birbaşa öz üzərinə götürüb. Yeni yaradılmış “SOCAR Daunstrim” şirkəti layihənin sürətlə və yüksək səmərə ilə icra edilməsinə və optimallaşdırlmasına nəzarəti həyata keçirir, koordinasiyanın mərkəzləşdirilməsini təmin edir. Türkiyədə STAR Neft Emalı Zavodu layihəsində qazanılmış uğurlu təcrübədən yararlanmaq üçün həmin layihədə iştirak etmiş mütəxəssislər Azərbaycana gətirilərək, “SOCAR Daunstrim” şirkətinə cəlb olunub və artıq Heydər Əliyev adına NEZ-in modernizasiyasında podratçı şirkətlərin mütəxəssisləri ilə birlikdə çalışırlar:
"Azərbaycanda və regionda yeganə neft emalı müəssisəsi olan Heydər Əliyev adına NEZ ölkənin enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Buna görə də moderinizasiya dövründə zavodun fəaliyyəti dayandırılmır, yenidənqurma işləri tam gücü ilə işləyən zavodda istehsalat prosesləri ilə yanaşı həyata keçirilir. Odur ki, zavodun modernizasiyası mürəkkəb layihələrdən hesab olunur".
SOCAR-ın prezidenti R. Abdullayev vurğulayıb ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun moderinizasiyası müəyyən edilmiş xərclər daxilində, dövlət vəsaitlərindən maksimum səmərəli istifadə olunmaqla həyata keçirilməlidir. Layihənin müəyyən olunmuş müddətdə tamamlanması əsas şərtlərdən biri kimi vurğulanıb.
Görüşdə, həmçinin başa çatmış “SOCAR Polymer” layihəsi çərçivəsində Yüksək Sıxlıqlı Polietilen zavodunun bəzi qurğularında keçirilən sonuncu planlı sınaq işlərinin gedişi də müzakirə edilib. Bildirilib ki, sınaq işləri SOCAR və “Maire Tecnimont” mütəxəssisləri tərəfindən yaxın bir həftə ərzində həyata keçirləcək.





Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-in-heyder-eliyev-adina-nez-in-modernizasiyasi-islerinin-63-i-y

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR