Çindən 10 Azərbaycan və 35 Türkiyə vətəndaşı təxliyə ediləcək

Çindən 10 Azərbaycan və 35 Türkiyə vətəndaşı təxliyə ediləcək
09:05 30 Yanvar 2020
69 Dünya
Ölkə mətbuatı
A- A+

Çindən 10 Azərbaycan və 35 Türkiyə vətəndaşı təxliyə ediləcək.

Milli.Az bildirir ki, bu barədə Trend Türikyənin Milli Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verir.

Məlumatda bildirilir ki, təxliyə edildikdən sonra Azərbaycan və Türkiyə vətəndaşları Türkiyə ərazisində 14 gün karantin şəraitində saxlanılacaqlar.

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin koronavirusla bağlı sualını cavablandırarkən deyib ki, Çindəki Azərbaycan vətəndaşlarını Türkiyə təxliyə edəcək.

"Səhiyyə nazirimizin bu məsələdə açıqlaması belədir ki, bizdə hələki hər hansı təhlükə yoxdur. Amma Çində 25-ə qədər Türkiyə, 10-a qədər də Azərbaycan vətəndaşı var. Onlar geri qayıtmaq istəyirlər. Tədbirlərinizi alın, azərbaycanlı qardaşlarımızı da daxil edin. Karantinə götürərək Türkiyəyə gətirək" - deyə Ərdoğan bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/821791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR