Daha bir beynəlxalq təşkilata sədrlik Azərbaycana keçdi

Daha bir beynəlxalq təşkilata sədrlik Azərbaycana keçdi
12:57 30 Yanvar 2020
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Türk Akademiyası Elmi Şuraysına sədrlik Azərbaycana keçib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 3-cü iclasında çıxış edərkən deyib.

Nazir bildirib ki, Türk Dövlətləri əməkdaşlıq platforması çərçivəsində Beynəlxalq Türk Akademiyasının elmi şurasının 3-cü iclası və toplantısı keçirilir: "Beynəlxalq Türk Akademiyasının nizamnaməsinə əsasən, Elmi Şuraya rəhbərlik hər il bir ölkəyə həvalə olunur. Ötən il isə bu şuraya Qırğızıstan rəhbərlik edirdi. Bugünkü tədbirdə bütün türkdilli dövlətlərin nümayəndələri və beynəlxalq nümayəndəliklər iştirak edir''.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/821841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR