x
Loading...

“ButaAirways”in veb-saytında bəzi funksiyalar müvəqqəti olaraq işləməyəcək

“ButaAirways”in veb-saytında bəzi funksiyalar müvəqqəti olaraq işləməyəcək
15:27 30 Yanvar 2020
62 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi – “Buta Airways” Aviaşirkətinin resurslarının sənayenin innovativ flaqmanı “Amadeus” platformasına köçürülməsi ilə əlaqədar rəsmi www.butaairways.az veb-saytımızın bəzi funksiyaları fevralın 5-dən (20:00, GMT+4) etibarən müvəqqəti olaraq işləməyəcək.
“Report” xəbər verir ki, bu barədə məlumatı “ButaAirways” yayıb.
"Sayt və mobil əlavəmizdə işlər görüldüyü müddət ərzində aviabiletlərin alınması, onlayn qeydiyyat və bronun idarə olunması səhifəsi işləməyəcək. Texniki işlərin 48 saat ərzində başa çatdırılması planlaşdırılır, lakin qeydiyyat xidmətinin bərpası və bronun idarə edilməsində daha uzun gecikmələrin baş verməsi mümkündür. Onlayn qeydiyyatın aktiv olmadığı müddət ərzində bütün reyslərə hava limanlarında qeydiyyat ödənişsizdir", - məlumatda bildirilir.
Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə [email protected] elektron poçt ünvanı, saytda əks əlaqə forması, yaxud WhatsApp: +994 70 437 40 86 vasitəsilə müraciət edilə bilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/butun-reyslere-hava-limanlarinda-odenissiz-qeydiyyat-ne-zaman-olacacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR