Havadakı toz-dumanla bağlı RƏSMİ AÇIQLAMA - Bu ölkələrdən gəlib

Havadakı toz-dumanla bağlı RƏSMİ AÇIQLAMA - Bu ölkələrdən gəlib
11:43 31 Yanvar 2020
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən yanvarın 31-i gecə saatlarından başlayaraq ölkə ərazisində havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda tozun miqdarı sanitar normadan 2.4 dəfə çoxdur. Buna səbəb son iki gün əzində ölkə ərazisinə cənub-qərb hava axınları vasitəsilə İran, İraq ərazisindən və Ərəbistan yarmadasından toz-dumanının daxil olmasıdır. Tozlu hava şəraitinin gün ərzində müşahidə olunacağı ehtimal olunur. Axşam saatlarından başlayaraq cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunması nəticəsində tozun miqdarı azalaraq norma həddinə düşəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/303486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR