Azərbaycanın valyuta ehtiyatları 52 milyard dolları keçib

Azərbaycanın valyuta ehtiyatları 52 milyard dolları keçib
12:05 31 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

"Bu ilin yanvar ayında Azərbaycanın valyuta ehtiyatları 1 milyard ABŞ dollarından çox və yaxud təxminən 2% artıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında deyib.

E.Rüstəmovun sözlərinə görə, bununla da ölkənin valyuta ehtiyatları 52 milyard dolları keçib.

Mərkəzi Bankın sədri onu da əlavə edib ki, Azərbaycanın bank sektorunda hələ də zəiflik var: "Bu, beynəlxalq reytinq agentliklərinin hesabatlarında öz əskini tapır. Bank sektorunun sağlamlaşdırılması ilə bağlı işlər davam edir və bu ilin I yarısında başa çatdırılacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/822164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR