İmişlidə 22 baş qoyun oğurlayan dəstə tutuldu

İmişlidə 22 baş qoyun oğurlayan dəstə tutuldu
12:27 31 Yanvar 2020
27 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli rayonunda mal-qara oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, İmişli rayon sakini Röyal Qasımov yanvarın 3-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus 22 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.

İmişli RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş İlkin Hüseynov, Fəxri Gözəlov və Zaur Yadigarov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurlanan xırdabuynuzlu heyvanların müəyyən bir qismi maddi sübut kimi götürülərək sahibinə təhvil verilib.

Ətraflarında aparılan araşdırmalar nəticəsində həmin şəxslərin digər cinayət əməlində də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxslərin ötən il noyabr ayının 21-də vətəndaşa məxsus 2 baş iribuynuzlu heyvanı oğurladığı da məlum olub.

Faktlarla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/822150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR