“Qaçqınkom” fləşmob keçirib

“Qaçqınkom” fləşmob keçirib
12:37 31 Yanvar 2020
64 Digər
Ölkə mətbuatı
A- A+

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam rayonunda 2 fevral – Gənclər gününə həsr edilən “Əsgərə salam” adlı fləşmob təşkil edib.
Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, Ağdam Rayon İcra Hakimiyyətinin dəstək verdiyi kütləvi tədbirdə 1200 nəfər gənc iştirak edib.
Bildirilib ki, Dövlət Komitəsi yanvarın 17-də “Əsgərə salam” hərbi- vətənpərvərlik aksiyasına başlayıb. Aksiyanın məqsədi, könüllülüyün həm də vətənpərvərlik məktəbi, xalqa, dövlətə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyi olduğunu nəzərə alaraq, “Könüllülər ili”ndə gənc könüllülərlə birlikdə cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana yüksək etimadını və inamını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bir daha nümayiş etdirməkdir. Ağdamda kütləvi tədbirin iştirakçıları tərəfindən hərbi salam verən əsgər siluetindən və “Əsgərə salam” sözlərindən ibarət fləşmob nümayiş etdirilib.
Fləşmobdan sonra rayon ərazisindəki hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin nümayəndələri, məcburi köçkün fəallar və musiqiçilər iştirak ediblər.
Eyni zamanda, “Əsgərə salam” aksiyası çərçivəsində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, məcburi köçkünlər tərəfindən Azərbaycan əsgərinə ünvanlanmış istək və arzuların əks olunduğu xüsusi qeyd kitabçası hərbi hissəyə hədiyyə olunub. Gənclər günü başa çatdırılması nəzərdə tutulan aksiyaya marağın çox olduğunu nəzərə alaraq iki həftə uzadılmasına qərar verilib. Bu tədbir çərçivəsində ərazisi işğal olunmuş rayonların icra hakimiyyətləri, müxtəlif dövlət qurumları, universitet, məktəb, bağça, idman federasiyaları, xaricdə təhsil alan tələbələr və fərdi şəxslər tərəfindən əsgər salamı vəziyyətində çəkilmiş yüzlərlə şəkil sosial şəbəkə hesablarında #esgeresalam #dovletqacqinkom həştəqləri ilə paylaşılıb.








Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/qacqinkom-flesmob-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR