Hərbi prokuror Xanlar Vəliyev:

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda geniş kollegiya iclası keçirilmişdir.

Metbuat.az xəbər verir ki, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiya iclasında çıxış edərək bildirdi ki, cənab Prezident İlham Əliyev xalq qarşısında verdiyi vədləri əməlləri ilə doğruldaraq hər bir azərbaycanlının Prezidenti olduğunu sübut edib.

Hərbi prokuror qeyd edib ki,Mehriban xanım Əliyevanın saysız-hesabsız xeyirxah əməlləri, bəşər mədəniyyətinin inkişafı istiqamətində gördüyü böyük işlər və dünyanın müxtəlif yerlərində həyata keçirdiyi humanitar tədbirlər, ona Azərbaycan xalqının sonsuz sevgisi ilə bərabər, bir sıra ölkələrin vətəndaşlarının da rəğbətini qazandırmışdır.

Çıxışı zamanı Xanlar Vəliyev, 2018-ci illə müqayisədə 2019-cu ildə qeydə alınmış qəsdən sağlamlığa ağır zərər vurma cinayət faktlarının 91,7% azaldığını vurğulayıb.

Hərbi prokuror əlavə edib ki, ötən il hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayəti qeydə alınmamışdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR