x
Loading...

Fritz Ştuxlik: "Hakimlərdən səhvlər gözləyin, çünki bu, oyunun bir hissəsidir"

Fritz Ştuxlik: "Hakimlərdən səhvlər gözləyin, çünki bu, oyunun bir hissəsidir"
14:52 31 Yanvar 2020
55 Digər
Ölkə mətbuatı
A- A+

AFFA-nın inzibati binasında Hakimlər Komitəsi tərəfindən KİV nümayəndələri üçün seminar keçirilib.
"Report"un məlumatına görə, Hakimlər Komitəsinin sədri Fritz Ştuxlikin rəhbərliyi və departament rəhbəri Cavid Cəlilovun iştirakı ilə keçirilən tədbirdə oyun qaydaları haqda danışılıb.
VAR (Video təkrar) texnologiyasının Azərbaycanda tətbiq oluna biləcəyini söyləyən avstriyalı mütəxəssis bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsinin verəcəyini bildirib.
"Oyun ərzində hər hansı açıq - aşkar yanlış qərar olduqda VAR epizoda müdaxilə edir. Ancaq son qərarı yenə də hakim verir. VAR sadəcə hakimə mübahisəli epizoda baxmağı tövsiyyə edir. Referidə epizodla bağlı şübhə varsa, o, stadionun kənarında yerləşdirilən monitora yaxınlaşaraq videotəkrarı izləyir və qərarını açıqlayır. Türkiyədə çempionat oyunlarında VAR sistemindən çox istifadə olunur. UEFA isə 3 oyuna 1 VAR müdaxiləsi olmasını tələb edir. Biz də gələcəkdə bu tələbə uyğun hərəkət etməyi planlaşdırırıq" - Ştuxlik deyib.
Proqrama uyğun olaraq, əvvəlcə KİV nümayəndələri arasında futbolun qaydaları ilə bağlı 10 sualdan ibarət test keçirilib. Ardından həmin sualların düzgün cavabları barədə izahlı məlumat verilib.
Daha sonra cari mövsüm Azərbaycan Premyer Liqasında qeydə alınmış mübahisəli məqamlardan ibarət videoçarxlar nümayiş olunub. İştirakçılar da videoçarxlarda izlədikləri epizodlarda hakimin qaydalara uyğun hansı qərarı verməli olduğu barədə müzakirələr aparıblar.
Fasilənin ardınca isə oyunlarda mübarizə epizodları, penalti zərbələri və ofsayd qərarları sual-cavab formatında müzakirə edilib.
Seminara Komitə sədri Fritz Ştuxlikin "hakimlərdən səhvlər gözləyin, çünki bu, oyunun bir hissəsidir" sözləri ilə yekun vurulub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fritz-stuxlik-hakimlerden-sehvler-gozleyin-cunki-bu-oyunun-bir-hissesidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR