“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu “ECB”in baş auditoru Andrea Enria bildirib.
“ECB-in Bank Nəzarəti-Müşahidəsi bölməsi törəmə şirkətlərin birləşdirilməsi prosesi zamanı həyata keçirilən tənzimləmələrin gücləndirilməsini müzakirə edir. Bundan başqa, biz xarici banklara likvidlik azadlığı verilməsi prosesini asanlaşdırmağa hazırıq”, – deyə, o bildirib.
O, qeyd edib ki, birləşmələrin qarşısındakı ən böyük əngəllərdən biri fərqli ölkələrdəki birləşmələr zamanı nəğd pul axının məhdudlaşdırılmasıdır.