Monika Belluççinin qızı gözəlliyi ilə meydan oxudu -

Aktrisa Monika Belluççinin Vansan Kasseldən olan qızı Deva Kassel İtaliya markası - “Dolce & Gabbana”nın yeni kolleksiyasının siması olub.

Metbuat.az xarici mətbuata istinadla xəbər verir ki, yaz ayında satışa çıxarılacaq “Dolce Shine” adlı yeni ətrin siması olan Devanın artıq sözügedən reklam çəkilişlərinin fotoları yayılıb. Deva Kassel 16 yaşı olmasına baxmayaraq, gözəlliyi ilə anasını da kölgədə qoymağı bacarıb. Deva sosial şəbəkələrdə anası ilə birlikdə çoxlu şəkillərini yerləşdirib.

Bu günlərdə "Instaqram”da belə foto gözə dəyir. Deva şəklini anasının cavanlıq fotosu ilə müqayisə edir. Çoxluq bu fikirdədir ki onlar yaman oxşayırlar.

Fransanın "Voici” qəzetinin yazdığına görə, 54 yaşlı aktrisa bu müqayisələrdən xəbərdardır və çox fəxr edir.

Sosial şəbəkələrdəki rəylərdə hər ikisinin ilahi gözəlliyi olduğunu bildiriblər.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR