Şifrəsi unudulan Hotmail ünvanına necə daxil olmaq olar?

Şifrəsi unudulan Hotmail ünvanına necə daxil olmaq olar?
08:47 1 Fevral 2020
Ölkə mətbuatı
A- A+

MSN Messenger platformasının məşhur olduğu dövrlərdə hər kəsin Hotmail ünvanı var idi. Zamanla yeni sosial media və mesajlaşma platformaları meydana çıxdıqca MSN Messenger aktuallığını itirdi və bir çox insan Hotmail hesabını internetin qaranlıq guşələrinə göndərdi. Beləliklə, hesab haqqında bütün məlumatlar unuduldu və ehtiyac olduqda istifadəçilər köhnə e-poçt ünvanlarına girə bilmirlər.

Milli.Az ted.az-a istinadən bildirir ki, köhnə Hotmail hesabınızı bərpa üçün bir telefon nömrəsi və ya aktiv istifadə etdiyiniz başqa bir e-poçt ünvanınız olsa, hesabınıza asanlıqla daxil ola bilərsiniz. Şifrənizi unutmusunuzsa və heç bir bərpaetmə variantını əlavə etməmisinizsə, Hotmail hesabınıza yenidən daxil olmaq çətin ola bilər.

Mürəkkəb texnologiya aləmində qarşılaşdığınız bütün çətinliklərin öhdəsindən gəlməkdə sizə yardımçı olan TEDassistantınız bu gün bu mövzunu araşdırıb.

Bunun üçün uzun çəkə bilən, lakin asan bir metod tətbiq edə bilərsiniz.

- Hotmail giriş səhifəsinə daxil olun.

- Daxil olmaq istədiyiniz e-poçt ünvanınızı yazın və "İrəli" düyməsini basın.

- Şifrə ekranının altındakı "Şifrənizi unutmusunuz?" seçiminə daxil olun

- Qarşınıza çıxan alternativlərdən heç biri sizin üçün uyğun deyilsə, "bunların heç biri yoxdur" düyməsini basın.

- "Hesabınızı bərpa edin" ekran görüntüsündə giriş etmək istədiyiniz Hotmail ünvanınızı, kodu göndərəcəyiniz və hazırda aktiv istifadə etdiyiniz e-poçt ünvanınızı yazın.

- Ən aşağıda yerləşən simvolları düzgün daxil etdikdən sonra "İrəli " düyməsini sıxın.

- Qarşınıza çıxan xanaya e-poçt ünvanınıza gələn təhlükəsizlik kodunu daxil edin.

- Tələb olunan şəxsi məlumatlarınızın düzgünlüyündən əmin olun və "Sonrakı" düyməsini sıxın.

- Daha sonra sizdən əvvəl daxil etdiyiniz şifrələr, əlaqəli hesablar, son vaxtlarda göndərdiyiniz e-poçt adresləri kimi məlumatlar soruşulacaq.

İstədiyiniz bütün məlumatları xatırlaya biləcəyiniz qədər dəqiq yazın. Nə qədər çox məlumat versəniz, hesabınızı bərpa etmək şansınız bir o qədər yüksəkdir.

- Bütün məlumatları daxil etdikdən sonra "Göndər" düyməsini basın.

Hotmail hesabınıza yenidən daxil olmaq üçün yuxarıdakı üsulu tətbiq edərək, Microsoft-a bir forma göndərirsiniz. Bəs bundan sonra nə baş verəcək? Bu məqamdan sonrası bir az müəmmalıdır. Çünki Microsoft bu məlumatları alır, daxil olmaq istədiyiniz Hotmail hesabınızla bağlı araşdırma aparır. Bu prosses ya avtomatik olaraq, ya da bir mütəxəssis tərəfindən edilə bilər.

Təqdim etdiyiniz məlumatlar yetərincə olmasa, hesabınızı bərpa edə bilməmək ehtimalı var. Bu zaman əvvəl verdiyiniz məlumatlardan daha çoxunu verməyə çalışmalısınız.

Bir çox istifadəçilər bu metoddan istifadə edərək hesablarını geri qazana biliblər. Bilməli olduğunuz başqa bir məqam odur ki, Microsoft sizin məlumatlar vasitəsilə Hotmail hesabınızı bərpa etsə də, dərhal istifadə edə bilməyəcəksiniz. Microsoft yalnız 30 gündən sonra hesabınızı bərpa etməyə və müəyyən vəziyyətlərdə dəyişiklik etməyə imkan verir. Bunun əsas səbəbi təbii ki, təhlükəsizlikdir. Yenidən belə bir vəziyyətlə qarşılaşmamaq üçün cari telefon nömrənizi və aktiv istifadə etdiyiniz başqa bir e-poçt ünvanınızı əlavə etməyi unutmayın.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/821907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR