Zinəddin Zidanın böyük oğlunun yeni klubu müəyyənləşib

Zinəddin Zidanın böyük oğlunun yeni klubu müəyyənləşib
11:02 1 Fevral 2020
70 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidanın futbolçu oğlu Enzo Zidan komandasını dəyişib.
"Report"un məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi İspaniyanın II liqasında çıxış edən "Almeriya" klubuna keçib.
Lakin keçidin detalları haqda məlumat verilməyib. 2014-2017-ci illərdə bir müddət atası Z.Zidanın rəhbərliyi altında "Real Madrid"in əvəzedici komandasında oynayan fransalı futbolçu 2017/2018 mövsümündə "Alaves"ə transfer olunub. Orda da möhkəmlənə bilməyən Z.Zidanın böyük oğlunun son komandası Portuqaliyanın "Aveş" klubu olub.
Qeyd edək ki, "Almeriya" klubu II liqada geridə qalan 25 turdan sonra 45 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Enzo Zidanın komandası lider "Kadiz"dən 3 xal geri qalır.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/real-madrid-klubunun-bas-mesqcisi-zineddin-zidanin-futbolcu-oglu-enz

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR