Kürdəmirdə 88 yaşlı qadın faciəli şəkildə ölüb

Kürdəmirdə 88 yaşlı qadın faciəli şəkildə ölüb
11:07 1 Fevral 2020
72 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə 88 yaşlı qadın evində tüstüdən boğulub.
“Report” xəbər verir ki, rayonun Çöhranlı kənd sakini, 1932-ci il təvəllüdlü Nərimanova Umuhanı Rüstəm qızının yaşadığı evdə yanğın hadisəsi baş verməsi nəticəsində ölməsi barədə Kürdəmir Rayon Polis Şöbəsinin Növbətçi Hissəsindən rayon prokurorluğuna məlumat daxil olub. Həmin məlumat əsasında hadisə yerinə baxış keçirilib, meyitin müayinəsi aparılıb və digər zəruri hərəkətlər icra edilib. Aparılmış ilkin araşdırma zamanı müəyyən olunub ki, Umuhanı Nərimanova Çöhranlı kəndindəki fərdi yaşayış evində tək yaşayırmış, onun görmə və eşitmə qabiliyyəti zəif olub.
Hadisə günü qonşusu ona yemək gətirən vaxt evdə yanğın olduğunun, U.Nərimanovanın öldüyünün şahidi olub. İlkin ehtimala əsasən yanğın evdəki elektrik naqillərində yaranmış qısa qapanma nəticəsində baş verib, otağın daxilində yaranmış tüstü nəticəsində Umuhanı Nərimanova boğularaq ölüb. U.Nərimanovanın meyitinin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
Rayon prokurorluğunda araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-88-yasli-qadin-facieli-sekilde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR