"Yuventus"dan "Borussiya"ya - FOTO

"Yuventus"dan "Borussiya"ya - FOTO
13:37 1 Fevral 2020
125 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un futbolçusu Emre Canın "Borussiya Dortmund"a keçidi rəsmiləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, türkəsilli alman yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında Dortmund təmsilçisində çıxış edəcək.

"Borussiya" Can üçün 1 milyon avro icarə haqqı ödəyib. Müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə, klub yayda 25 milyon avro da ödəyərək onu birdəfəlik almalıdır.

Qeyd edək ki, Can bu mövsüm "Yuventus"da cəmi 279 dəqiqə meydanda olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/822420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR