Evlərdən oğurluq edən şəxslər tutuldu

Suraxanı rayonundakı mənzillərin birindən 500 manat və 200 ABŞ dolları məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əmrayev rayon polis idarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Şəmkir rayonundakı evlərin birindən 8200 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş şəxslər A.Əliyev və N.Kamilli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.

Hər iki faktla bağlı araşdırmalar aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR