“Report”un xəbərinə görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, S.Əhmədovun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə ötən il mayın 1-də Biləsuvar rayonunda baş verib.
Belə ki, 1946-cı il təvəllüdlü S.Əhmədov ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1961-ci il təvəllüdlü Mirzəyeva Təzəgül Hüseynxan qızını bıçaqlayıb.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Daha sonra S.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.