"Mançester Yunayted" Çindən hücumçu aldı

"Mançester Yunayted" Çindən hücumçu aldı
16:52 1 Fevral 2020
137 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" hücum xəttinə yeni oyunçu alıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Premyer Liqa klubu Çinin "Şanxay Şenhua" klubunun hücumçusu Odion İqalonu rənglərinə bağlayıb. 30 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında "qırmızı şeytanlar"da çıxış edəcək.

Nigeriya millisinin üzvü 2017-ci ildə 23 milyon avro qarşılığında "Uotford"dan Çinin "Çanqçan Yatay" klubuna keçmişdi. İqalo 2019-cu ildə "Şanxay Şenhua"ya transfer olmuşdu. Hücumçu Çində 72 oyuna 46 qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/822487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR