Yanvarın 30-da Nərimanov rayonu, F.Yusifov küçəsində saat 16:50 radələrində naməlum şəxs Bakı şəhər sakini, 2002-ci təvəllüdlü N.Əlinin mobil telefonunu soyğunçuluq yolu ilə talayıb.
"Report" Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunan, Xırdalan şəhər sakini, 1997-ci il təvəllüdlü Elçin İbrahimov tutulub.