Alimlərdən 2100-cü ilə dair ŞOK PROQNOZLAR

Alimlərdən 2100-cü ilə dair ŞOK PROQNOZLAR
23:47 3 Fevral 2020
126 Maraqlı
Ölkə mətbuatı
A- A+

Atmosferdə karbon qazının artması ilə bəşəriyyətin intellektual qabiliyyəti azalır.

Milli.Az xəbər verir ki, karbon qazı qlobal istiləşməyə təsir edir. Nəticədə Yer kürəsində orta temperaturun səviyyəsi getdikcə yüksəlir. Bu isti qazın haradan gəldiyindən asılı olmayaraq, iqtisadi fəaliyyət və ya təbii proseslər nəticəsində iqlim bəzi yerlərdə pisləşir.

Kolorado və Pensilvaniya Universitetlərinin Amerika klimatoloqları karbon qazının birbaşa insanlara və bəşəriyyətə təsir etdiyini müəyyənləşdirib. Atmosferdə isti qaz səviyyəsinin artması ilə intellekt səviyyəsi də azalır - ilk növbədə uşaqlar və yeniyetmələrdə. Məktəblilər və tələbələr isə dərslərini daha pis öyrənməyə başlayır, materialı çətinliklə mənimsəyirlər. Və bu, onların əvvəlki nəsildən daha çox savadsız olacağını bildirir.

Alimlər Amerika Geofizika Birliyinin son konqresində açıqlanan nəticələri "Phys.org" saytına təqdim edib. Hazırlanan hesabatda vurğulanıb ki, karbon qazının konsentrasiyası vacibdir.

Məruzənin müəllifləri iddia edir ki, karbon dioksid konsentrasiyası insanların idrak qabiliyyətinə mənfi təsir edəcək qədər yüksəkdir. Modelləşdirmə göstərib ki, tullantıları azaltsaq da, 2100-cü ilə qədər bəşəriyyətin intellekt səviyyəsi 25 faiz azalacaq. Heç bir şey edilməzsə, yəni karbon qazı tullantılarını hazırkı səviyyədə buraxsaq, zəkanın azalması 50 faiz düşəcək.

Raqnar Friş İqtisadi Tədqiqatlar Mərkəzinin Norveç alimləri - Brent Bratsberq və Ole Roqeberq - bir neçə onilliklər ərzində 730 min IQ testinin nəticələrini araşdırıb. Məlum olub ki, insanların zəka səviyyəsi ildən-ilə azalır.

Yeni Zelandiyadan olan psixoloq Ceyms Flin isə XX əsrin birinci yarısında IQ göstəricilərinin durmadan artdığını irəli sürmüşdü. Flin insanların daha yaxşı yaşamağa başlaması ilə onların daha ağıllı olduğuna inanırdı.

İndi trend tam əksinə dəyişib. İnsanların intellekt səviyyəsi aşağı doğru gedir. Alimlərin fikrincə, 1970-2009-cu illər arasında hər bir sonrakı nəsil orta hesabla 7 bal itirib.

Yeri gəlmişkən, Ulster Universitetinin psixoloqu Riçard Lin illərlə amerikalılar, avropalılar və avstraliyalıların intellektual testlərinin nəticələrini təhlil edib, illər üzrə orta dünya IQ göstəricilərini hesablayıb. Onun sözlərinə görə, 2014-cü ilə qədər nəticələr 1950-ci illə müqayisədə cəmi 3 bal azalıb. Alim iddia edir ki, bu, dərəcələr davam edərsə, 2110-cu ilə qədər bəşəriyyətin orta IQ səviyyəsi 84 baldan artıq ola bilməyəcək. Bu da orta IQ səviyyəsi deməkdir.

Məruzə müəlliflərinin karbon qazının zərərli təsiri ilə bağlı proqnozları - zəkanın 50 faizə qədər azalması isə artıq aşağı IQ səviyyəsidir.

Lin intellektual səviyyənin aşağı düşməsinin səbəblərini,ümumiyyətlə, axtarmayıb. Lakin Bratsberq və Roqerberq "tərs Flin effekti"nin əks səbəbləri olduğunu irəli sürüb. Yəni ətraf mühit pisləşir, qidalanma, sağlamlıq və təhsil səviyyəsi azalır. Bu da intellekti inkişaf etdirmək istəyini stimullaşdırmır. Və nəticədə intellekt səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Bəlkə də səbəb karbon qazıdır? Əsas səbəbkar Kolorado və Pensilvaniya klimatoloqları tərəfindən təklif olunan ümumi "nəzəriyyə" ilə uyğun gəlir.

Qeyd edək ki, XX əsrin ortalarında müşahidə olunan IQ artması "Flin effekti" adlanır. Bu effektə əsasən, insan nəsli artdıqca IQ səviyyəsi də yüksəlir. Nəzəri olaraq belə hesablanmışdı ki, insanların ağıllanmasına təsir edən faktorlar qidalanma, səhiyyə və təhsilin artmasıdır. Ancaq norveçli elm adamları bunun əksini sübut ediblər. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/822751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR