Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"un Qərb mərkəzinə verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, Nazim Quliyevin Yevlax rayonunun Ağqıraq kənd sakinləri - Dünyamin Sadıxov və Kamran Bəhərçinovdan polisə düzəldəcəyi vədi ilə ümumilikdə 7000 manat, həmin kənd sakini olan Nicat Bəhərçinovdan isə təqaüdə çıxaracağı vədi ilə 8000 manat pulu alaraq dələduzluq yolu ilə ələ keçirib.
N.Quliyevin respublikanın digər şəhər və rayonlarında, əsasən kənd sakinlərinə qarşı analoji cinayətlər törətdiyi də istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yevlax Rayon Polis Şöbəsinə və ya şəhər telefonlarından (02233) 6-45-02 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.