"The Walt Disney Company" 175 milyon dollar itki gözləyir - KORONAVİRUSA GÖRƏ

"The Walt Disney Company" 175 milyon dollar itki gözləyir - KORONAVİRUSA GÖRƏ
08:27 5 Fevral 2020
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "The Walt Disney Company" şirkəti "2019-nCoV" virusu ilə bağlı zərərin 175 milyon dollar olacağını proqnozlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Disney"in maliyyə direktoru Kristin Makkarti 2020-ci ilin ilk rübünün hesabatında bildirib.

Məlumata görə, Şanxaydakı "Disneyland" istirahət və əyləncə parkının müvəqqəti bağlanması 135 milyon dollar, Honkongdakı oxşar parkının işinin dayandırılması isə daha 40 milyon dollar itki ilə nəticələnməsi gözlənilir.

Şirkət ABŞ-dakı "Disneylendin" gəlirlərinin azalmasını proqnozlaşdırmır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/823287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR