Azərbaycan, Bakı, 21 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin yanmış sənədlərinin bərpası məqsədilə 5-ci Polis bölməsində müvafiq qərargah yaradılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanğın baş vermiş binanın sakinləri məhv olmuş şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının alınması üçün həftənin bütün günləri saat 09:00-dan 19:00-dək (nahar fasiləsi olmadan) Binəqədi RPİ-nin 5-ci Polis bölməsindəki müvafiq qərargaha müraciət və aşağıdakı telefonlara adları çəkilən polis orqanlarına zəng edə bilərlər:

(012) 590-64-33 - Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin "Qaynar xətt"i;

(012) 563-56-97 - Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi;

(012) 406-02-02 - Binəqədi Rayon Polis İdarəsinin Növbətçi hissəsi;

(012) 436-05-02 - Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az