Çində koronavirusdan ölənlərin sayı 563 oldu

Çində koronavirus qurbanlarının sayı 563 nəfərə çatıb. 28 min 18 nəfərdə isə virusa yoluxma aşkarlanıb.

Metbuat.az bildirir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Bildirilib ki, şübhəli bilinən 1153 nəfərdə virusun əlamətləri aşkarlanmadığı üçün xəstəxanadan evə buraxılıb.

Ölkənin 28 əyalətindən Komitəyə daxil olan məruzələrə görə, 3859 nəfərin vəziyyəti ağırdır.(Apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR