72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı Yardımlı-Masallı rayonlarında görüşlərini davam etdirir.
Publika.az xəbər verir ki, deputatlığa namizəd bu gün Masallı rayonundakı görüşləri kampaniyasını uğurla başa vurub.
Görkəmli alim bunları qeyd edib: "Masallı rayonunda təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə sonuncu böyük görüşlərim Sığdaş və Miyankü kəndlərində oldu. Çoxlu adam gəlmişdi. Çıxış edənlər öz fikirlərini açıq və birbaşa söylədilər, problemləri sadaladılar. Suallarına əhatəli cavab verdim. Açıq və səmimi söhbət etdik. Səslərini mənə verəcəklərini bildirdilər. Miyankü kəndində görüşdən sonra seçicilərin bir qrupu ilə çay süfrəsi arxasında oturduq. Şəhid ailələrinə baş çəkdim. Sığdaş və Miyankü kənd ərazi nümayəndəliklərindəki seçicilər, sizinlə fəxr edirəm. Var olun!"