Bu ölkə ermənilərin öz ərazisinə girişinə qadağa qoydu

Bu ölkə ermənilərin öz ərazisinə girişinə qadağa qoydu
08:42 8 Fevral 2020
83 Digər
Ölkə mətbuatı
A- A+

Bali hakimiyyəti daha əvvəl Çin Xalq Respublikasına səfər etmiş ermənilərə öz ərazisinə girişə qadağa qoyub.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, yerli mühacirət xidmətinin nümayəndələri koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə son 14 gün ərzində Ermənistanın Çinə səfər etmiş üç vətəndaşının Baliyə gəlişini qadağan edib.
İdarədə bildiriblər ki, qadağa hökumətin çərşənbə günü qəbul etdiyi siyasətinə əsaslanır. Eyni zamanda Nqurax-Ray Beynəlxalq aeroportunda pasport nəzarətinin gedişatında sərnişinlərin səfərləri haqqında informasiya araşdırılır.
Qeyd edilir ki, bütovlükdə ölkəyə 17 əcnəbinini girişi qadağan olunub. Onlar arasına 4 braziliyalı, 3 erməni, 2 mərakeşli, 2 çinli və bir britaniyalı, rus, qanalı, ukraynalı, rumın və Yeni Zelandiya vətəndaşı da var.
Bali hakimiyyətinin qadağası nəticəsində təxminən 5000 çinli turist ölkədə “ilişib” qalacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bu-olke-ermenilerin-oz-erazisine-girisine-qadaga-qoydu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR