"Yuventus"un portuqaliyalı ulduzu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez 70-ci dəfə keçirilən San-Remo musiqi festivalında öz rəqsi ilə gecəyə damğa vurub.

Publika.az xəbər verir ki, festivalın aparıcısı Corcina olub.

Cazibədar rəqsi ilə bütün diqqəti üzərinə çəkən Corcina 3 libas dəyişib.

Rəqsdən sonra K.Ronaldo sevgilisinə gül buketi təqdim edərək onu öpüb.