Bu da Ağcabədiyə gəlin köçən Aynişanın görüntüləri -

Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyeva bu gün səhər saatlarında ata ocağından Ağcabədi rayonuna yola salınıb.

Metbuat.az xəbər verir ki, fitnes məşqçisi Kənan Əliyevlə evlənən Aynişanın oğlan toyu Ağcabədi rayonunda keçiriləcək.

Aynişanın ata ocağından təmtəraqlı yola salma məclisi olub.

Məclisdən görüntüləri A.Quliyeva və yaxın rəfiqələri sosial media hesablarında paylaşıblar.

Qeyd edək ki, rəsmi nikahı 26 yanvarda baş tutan Aynişan Quliyevanın həyat yoldaşı Kənan Əliyevin qohumları Ağcabədi rayonunda yaşayır. Bu səbəbdən də cütlüyün oğlan toyu Ağcabədidə keçiriləcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR