Messi Ronaldo kimi maşın deyil - Emmanuel Peti

Messi Ronaldo kimi maşın deyil - Emmanuel Peti
14:05 9 Fevral 2020
293 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın sabiq yarımmüdafiəçisi Emmanuel Peti Lionel Messinin "Mançester Siti"yə keçə biləcəyi ilə bağlı şayiələrə münasibət bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sabiq fransalı futbolçu hətta Leonu Kriştiano Ronaldo ilə də müqayisə edib. Bildirib ki, Messi Kriştiano Ronaldo deyil:

"O, fiziki planda maşın təsiri bağışlamır. Ronaldo əsl kabusdur. Lionelin 32 yaşı var və o, ancaq 2 mövsüm də belə yüksək səviyyədə çıxış edə bilər. Hətta "Barselona"da ətrafında yüksək səviyyəli futbolçular oynasa belə, əvvəlki sürət və driblinqini nümayiş etdirə bilməyəcək. Yəqin ki, Leo karyerasının sonuna çox vaxt qalmadığını çox yaxşı anlayır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/824454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR