Pakistan nümayəndə heyəti Azərbaycan Parlament seçkilərində keçirdiyi müşahidəni nəticələrini açıqladı

Pakistan nümayəndə heyəti Azərbaycan Parlament seçkilərində keçirdiyi müşahidəni nəticələrini açıqladı
21:12 9 Fevral 2020
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Pakistan nümayəndə heyəti Azərbaycan Parlament seçkilərində keçirdiyi müşahidəni nəticələrini açıqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Pakistan parlamentinin sabiq spiker müavini Murtuza Cahid Abbasi Bakıda özlərini ikinci evlərindəki kimi hiss etdiklərini deyib və seçki prosesindən razı qaldıqlarını bildirib: "Seçki prosesinin təşkilindən və MSK-nın fəaliyyətindən olduqca məmnun qaldıq".

İslamabad Qlobal və Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Xalid Teymur Akram isə Azərbaycanda azad, demokratik və şəffaf seçkilərin keçirildiyini müşahidə etdiyini vurğulayıb: "7 fevralda Gəncəni ziyarət etdik. 13 və 20 saylı seçki məntəqələrində olduq. Nümayəndələrilə görüşdük.

8 fevralda isə Naxçivanda olduq 12 və 3 saylı seçki məntəqələrini ziyarət etdik. Azərbaycan regionda bitərəf namizədlərin qatıldığı seçki prosesinə ev sahibliyi etdi. 5 milyon 300 min nəfərin seçkiyə qatıldığından xəbərdarıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/824548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR