Xərçəng xəstələrinə bu bitkilər olmaz - ALİMLƏR

Xərçəng xəstələrinə bu bitkilər olmaz - ALİMLƏR
02:32 10 Fevral 2020
174 Ölkə
Ölkə mətbuatı
A- A+

Xərçəng xəstələri dərman müalicəsi ilə yanaşı türkəçarə, alternative yollar da sınayır, bitkilər qəbul edir, bu barədə həkiminə belə məlumat vermir. Bİr sözlə, bu xəstələr hər bir reseptdən möcüzə gözləyir

Milli.Az medicina.az-a istinadən bildirir ki, bitkilər kimyaterapiya və əsas dərmanların işini poza bilər. 

Ekspertlər xüsusilə süd vəzi xərçəngi xəstələrinə sarımsaq, jenşen, ginko, sarıkök kimi bitkilərin əks təsir edə biləcəyini bildirib. Belə ki, bu bitkilər süd vəzidə olan yaraları, çapıqlı toxumasının sağalmasını əngəlləyir.

Eləcə də tibbi elmi baxımdan bu bitkilərin xərçəng müalicəsində effektivliyi sübut olunmayıb.

Bİr çox bitkilər, ədviyyatlar qanın laxtalanmasını pozduğu üçün, yara sağalmasını gecikdirir.

Sarıkök, şabalıd, sarımsaq, piretrum, jenşen, limon, portağal xərçəng xəstəliyindən müalicə alan xəstələrə məsləhət deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/803228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR