Bakıda avtomobil piyadanı vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az-ın xəbərinə görə, hadisə fevralın 9-da, saat 12 radələrində, paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində qeydə alınıb.

Belə ki, E.Aydınov “Rent a car”a məxsus “Lexus” markalı avtomobili idarə edən zaman piyada, Rauf Əliyevi vurub. Xəstəxanaya çatdırılan yaralı orada ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanlıb, araşdırmalara aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR