Dünyaca məşhur repçi Dreyk Mərakeş əsilli model İmaam Hammam ilə münasibətə başlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı bu barədə suallara cavab verməkdən imtina etsə də, tez-tez 23 yaşlı modellə birlikdə görüntülənir.

Fevralın 5-də cütlük Nyu-Yorkda keçirilən moda həftəsinə gediblər. Ertəsi gün isə Dreyk modelin evindən çıxarkən görüntülənib.

Repçinin sosial şəbəkələrdə İmaamın şəkillərinə ürək emojisi də qoyduğu deyilir.

Milli.Az