Maaş ala bilməyən futbolçular üçün fond yaradılır

Maaş ala bilməyən futbolçular üçün fond yaradılır
19:05 11 Fevral 2020
270 İdman
Ölkə mətbuatı
A- A+

FIFA və Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FIFPro) keçmişdə və hazırda öz klublarından maaş ala bilməyən futbolçular üçün fond yaradacaq.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, FIFA fond üçün 16 milyon dollar vəsait ayırıb. Bu məbləğ 2022-ci ilə qədər fondun büdcəsinə köçürüləcək. 

Bundan başqa, qurum oyunçulara 2015-ci ilin iyul ayından 2020-ci ilin iyun ayına qədər məvaciblərini qorumaq məqsədi ilə əlavə 5 milyon avro ayıracaq.

Qiymətləndirmə və qrant ayrılmasına nəzarət üçün FİFA və FİFPro nümayəndələrindən ibarət xüsusi komitə fəaliyyət göstərəcək. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/825054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR