Türk bloger Ermənistanda sorğu keçirdi: "Türk insanı heyvandır, Xocalıda 10-15 nəfər olüb" - VİDEO

Türk bloger Ermənistanda sorğu keçirdi: "Türk insanı heyvandır, Xocalıda 10-15 nəfər olüb" - VİDEO
09:48 13 Fevral 2020
121 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyəli bloger Ruhi Çenet Ermənistanın paytaxtı İrəvandan maraqlı reportaj hazırlayıb.

Publika.az xəbər verir ki, Çindən Ermənistana səfər edən bloger bir həftə Ermənistada olub. O, ermənilər arasında Türkiyə, Azərbaycan, Xocalı soyqırımı barədə sorğu keçirib. Ermənilər cavablarında türk millətinə qarşı açıq nifrətini gizlətməyib. Hətta onlardan biri türkləri "heyvan" adlandırıb.

Xocalı soyqırımının isə soyqırım olmadığını bildiriblər: "10-15 nəfər ölübsə, bu soyqırımı ola bilməz".

Ruhi Çenet əhalisinin 53%-i qadınlardan ibarət olan Ermənistanda kişilərin böyük əksəriyyətinin ölkə xaricində çalışdığını vurğulayıb. Məhz bu səbəbdən Ermənistan "qadınlar ölkəsi" olaraq adlandırılır.

Həmin reportajı təqdim edirik:


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/304825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR