Sərhəd keçid məntəqələrinin yaxınlığında idxal-karantin məntəqələri yaradılacaq

Sərhəd keçid məntəqələrinin yaxınlığında idxal-karantin məntəqələri yaradılacaq
12:57 13 Fevral 2020
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il ərzində Azərbaycanın sərhəd keçid məntəqələrinin yaxınlığında 2 idxal-karantin məntəqəsinin yaradılması nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, növbəti illərdə Azərbaycanın digər idxal olunan sərhəd-keçid məntəqələrindən kənar yerlərdə də belə məntəqələrin qurulması planlaşdırılır:

"İdxal-karantin məntəqələri Azərbaycanda beynəlxalq standartlara uyğun olaraq heyvan, bitki mənşəli və qida məhsullarının idxalı üçün nəzərdə tutulub. Bu məntəqələrin layihələndirilməsi həyata keçiriləcək. İdxal-karantin məntəqələrində heyvanların identifikasiyası və qeydiyyatı da aparılacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/825599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR