"Liverpul" almaniyalı hücumçunu transfer edir - 55 milyon avroya

"Liverpul" almaniyalı hücumçunu transfer edir - 55 milyon avroya
16:27 13 Fevral 2020
216 İdman
Ölkə mətbuatı
A- A+

"Leyptsiq"in forvardı Timo Vernerin yayda "Liverpul"a keçməsi gözlənilir.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Məlumata görə, Liverpul təmsilçisi aprelin soununa qədər oyunçunun transferini bitirəcək. "Qırmızılar" almaniyalı futbolçu üçün qarşı tərəfə 55 milyon avro ödəyəcək. "Leyptsiq" rəhbərliyinin də hücumçunun "Liverpul"a keçməsinə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, Timo Verner Bundesliqada 21 oyunda iştirak edib və 20 qol vurub. Onun komandası ilə 2023-cü ilə qədər müqaviləsi var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/825614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR