MSK-nın ləğv etdiyi dairələrin

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daha bir neçə şikayətə baxılıb.

Metbuat.az xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlər müzakirə olunub. Müzakirələr zamanı bəzi dairələrin nəticələri ləğv edilib.

Ləğv olunan dairələrin lider namizədləri bunlardır:

80 saylı İmişli-Beyləqan seçki dairəsi - Çingiz Qənizadə

74 saylı Lənkəran kənd seçki dairəsi - Hadı Rəcəbli

35 saylı Xətai üçüncü seçki dairəsi - Rauf Arifoğlu

33 saylı Xətai birinci seçki dairəsi - Hüseynbala Mirələmov

Bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiq dairə seçki komissiyalarına göndərilib:

- 91 saylı Ucar seçki dairəsi

- 81 saylı Beyləqan seçki dairəsi

- 72 saylı Yardımlı-Masallı seçki dairəsi

- 95 saylı Tərtər seçki dairəsi

- 42 saylı Sumqayıt ikinci seçki dairəsi

- 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi

- 15 saylı Yasamal birinci seçki dairəsi

- 28 saylı Sabunçu üçüncü seçki dairəsi

- 79 saylı İmişli seçki dairəsi

- 60 saylı Salyan-Neftçala seçki dairəsi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR