Ronaldoya “qızıl” viza verildi

Ronaldoya “qızıl” viza verildi
08:32 15 Fevral 2020
149 İdman
Ölkə mətbuatı
A- A+

Turinin "Yuventus" və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldoya BƏƏ-nin "qızıl" vizası verilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu qərarı Dubayın İdman Şurası qəbul edib. Qeyd edilir ki, BƏƏ-yə tanınmış idmançıların cəlb edilməsi proqramı çərçivəsində futbolçuya orada daimi yaşayış hüququ verilib.

Jurnalistlər ehtimal edir ki, Ronaldoya BƏƏ hökumətinin təklifi maraqlı olacaq, çünki o, vergi ödəməyəcək. Belə ki, BƏƏ vətəndaşları və dövlət rezidentləri bir sıra vergilərindən azaddır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/826084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR