Azərbaycanın sərbəst güləş üzrə komandası Avropa ikincisi oldu

Azərbaycanın sərbəst güləş üzrə komandası Avropa ikincisi oldu
08:12 17 Fevral 2020
206 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına yekun vurulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, yığmamız qitə birinciliyində ümumilikdə beş medal (1 gümüş, 4 bürünc) qazanıb. Belə ki, idmançılarımızdan Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib.

Bu nəticə ilə sərbəst güləş üzrə Azərbaycan millisi 116 xal toplayıb və komanda hesabında Avropa ikincisi olub. Rusiya 186 xalla çempionluğu təmin edib. İlk üçlüyü 95 xal yığan Gürcüstan yığması tamamlayıb.

Xatırladaq ki, Avropa çempionatında yunan-Roma güləşi üzrə də Azərbaycan millisi 2 qızıl, 4 bürünc medalla ikinci yeri tutub. Qadınlardan ibarət yığma ilə 1 gümüş, 1 bürünc medalla 7-ci olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/826472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR