Salyanda iki avtomobil toqquşdu, xəsarət alan var

Salyan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki,hadisə rayonun Xalac kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Məmmədov Tural Novruzəli oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən “Toyota” markalı avtomobillə toqquşub.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alan “VAZ”ın sürücüsü Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR