Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlara müraciət edildi

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlara müraciət edildi
13:22 18 Fevral 2020
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlara müraciət edib.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı fevralın 23-də keçiriləcək.

Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/826812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR