Yük maşını minik avtomobili ilə toqquşdu - FHN əməkdaşları qəza yerində - VİDEO

Yük maşını minik avtomobili ilə toqquşdu - FHN əməkdaşları qəza yerində - VİDEO
11:47 19 Fevral 2020
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi-Mehdiabad yolunun Goradil kəndindən keçən hissəsində qeydə alınıb. Ötmə əməliyyatı yerinə yetirən 10-NO-500 dövlət nişanlı "Hyundai" markalı minik avtomobili qarşı yolda hərəkətdə olan 90-HJ-292 dövlət nömrəli "Mercedes" markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisə yerinə yol patrul xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/827062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR