Antalya Manavqatda yaşayan Həlimə Şenal'ı 25 bıçaq zərbəsi ilə öldürən Ümit Gür həyat yoldaşını öldürmə səbəbinin özünü müdafiə olduğunu bildirib.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Antaliyanın Manavqat şəhərində dini nikahda yaşayan 31 yaşlı Halimə Şenalı 25 bıçaq zərbəsi ilə öldürən 40 yaşlı Ümit Gürün məhkəməsi olub.
Həbs olunan Ümit Gürə, Manavqatın 2-ci Ağır Cəza Məhkəməsində "qəsdən adam öldürmə"maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzası tələbi irəli sürülüb.
Məhkəmədə Həlimə Şenalın dostu Həbibə Ay şahid olaraq dinlənilib.Həbibə Ay deyib ki, Həlimə Şenal şübhəli Ümit Gürü çox sevib və ailə qurub.Bir müddət sonra qadın işləməyə başlayıb. Həyat yoldaşının çox əmək haqqı alması Ümit Gürü hiddətləndirib.O qadını dəfələrlə döyüb və işdən çıxmasını istəyib.
Təqsirləndirilən Ümit Gür deyib ki, həyat yoldaşı uşaqlara qayğı göstərməyib.Hadisə baş verən gün cütlük mübahisə edib .Bu zaman Ümit Gür Həlimə Şenalı bıçaqla 25 zərbə yetirərək öldürüb.