"Rosneft"in gəliri 136 milyard ABŞ dollara yüksəlib

"Rosneft"in gəliri 136 milyard ABŞ dollara yüksəlib
15:07 19 Fevral 2020
59 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın ən böyük neft şirkəti "Rosneft"in xalis mənfəəti ötən il 2018-ci ilə nisbətən 29% artaraq 708 milyard rubl (təxminən 11,13 milyard ABŞ dolları) olub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, şirkətin xalis mənfəəti ötən ilin 4-cü rübündə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 39% artaraq 158 milyard rubla (təxminən 2,48 milyard ABŞ dolları) çatıb.
Hesabat dövründə şirkətin gəliri 5,3% artaraq 8,67 trilyon rubla (təxminən 136 milyard dollar) yüksəlib.
Qeyd edək ki, xam neft istehsalı Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə davam edən razılığa görə, ötən il dəyişməyərək 4,67 milyon barel, təbii qaz istehsalı isə 0,5% azalaraq 67 milyard kubmetrə enib.
Xatırladaq ki, dünyanın ən böyük neft şirkətlərindən biri olan “Rosneft” qlobal neft hasilatının 5%-ni həyata keçirir. Onun 2018-ci ildə xalis mənfəəti illik müqayisədə 150% artaraq 549 milyard rubl (təxminən 8,6 milyard ABŞ dolları) olmuşdu.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/rosneft-in-geliri-8-6-trilyon-rubla-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR