Ərdoğan: "Türkiyədə prezident üsul-idarəsinə ehtiyac var"

Ərdoğan: "Türkiyədə prezident üsul-idarəsinə ehtiyac var"
14:27 17 Yanvar 2015
77 Dünya
Ölkə mətbuatı
A- A+

“Türkiyədə prezident üsul-idarəsinə ehtiyac var”
APA-nın “Sabah”a istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-dən olan millət vəkilləri ilə keçirdiyi mətbuata qapalı toplantıda bildirib.

Prezident sarayında baş tutan toplantı 3,5 saat çəkib. R.T.Ərdoğan millət vəkilləri ilə söhbətində yanvarın 19-da baş tutacaq Nazirlər Kabinetinin müşavirəsinə toxunub. O qeyd edib ki, hökumət və Prezident Administrasiyası arasında koordinasiyanın təminatı üçün prezident üsul-idarəsinə ehtiyac var.

Prezident iqtisadi məsələlərdən də danışaraq, qeydiyyatdan kənar iqtisadiyyatın leqallaşması və çox sərt qərarlardan çəkinmək barədə tövsiyələr verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR