Ərdoğan və Putin dəhşətli müharibəni müzakirə etdi - Toqquşmalar davam edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, liderlər İdlibdəki vəziyyəti müzakirə ediblər. Prezidentlər İdliblə bağlı öhdəliklərə bağlı olduqlarını ifadə ediblər. Ərdoğan bildirib ki, bölgədəki vəziyyətin sabitləşməsi və humanitar fəlakətin dayandırılması vacibdir.

Bundan əlavə, telefon söhbəti zamanı Liviyadakı vəziyyət barədə də müzakirələr aparılıb.

Qeyd edək ki, İdlibdə toqquşmalar davam edir.

Anar / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR