Azərbaycanda məktəblərdə yeni virus yayılıb - FOTO

Azərbaycanda məktəblərdə yeni virus yayılıb -  FOTO
11:05 22 Fevral 2020
150 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzun bir neçə kəndində "parotit", yəni el dilində "qulaqdibi" xəstəliyi yayılıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, xəstəlik dörd aydır davam edir.

Xəstəlik virus tipli olduğundan daha çox yayılma xüsusiyyətinə malikdir. Elə bu səbəbdən də xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb.

Məktəblərdə xəstəliyə tutulan şagirdlər ən azı 20-25 gün dərsə davamiyyətini dayandırıb.

Məlumata görə, xəstəlik ilk dəfə rayonun Aşağı Quşçu kəndində yayılıb.

Bundan sonra xəstəlik Qovlar, İbrahimhacılı və digər yaşayış məntəqələrində də yayılmağa başlayıb. Virusun ən çox yayıldığı yerlər məktəblərdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/827909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR