Rəhman Rəhmanov əməliyyat olundu - Ağır vəziyyətdə olan aktyorun SON DURUMU

Rəhman Rəhmanov əməliyyat olundu - Ağır vəziyyətdə olan aktyorun SON DURUMU
20:12 22 Fevral 2020
184 Ölkə
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub.

Milli.Az yenicag.az-a istinadən bildirir ki,yaxınlarının  verdiyi məlumata görə, bu dəqiqələrdə başa çatan əməliyyat zamanı aktyorun bağırsaq yolunu kəsən daş çıxarılıb. Aktyor şəkərli diabetdən əziyyət çəkdiyi üçün, əməliyyat açıq deyil, endoskopik yolla baş tutub: "Həkimlər əməliyyatın uğurla keçdiyini deyir".

Yaxınları aktyorun bir neçə gün sonra ikinci dəfə əməliyyat olunacağını deyib: "Öd kisəsi tamamilə yararsız haldadır, ikinci əməliyyatla onun öd kisəsi çıxarılacaq".

Qeyd edək ki, aktyorun əməliyyat xərcinin əsas hissəsini Bakı Sağlamlıq Mərkəzi üzərinə götürüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/828088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR